“Azərbaycan və Ermənistan arasındakı münaqişədə hamı zərər çəkib” - Ombudsman

29 Dekabr 2016 15:33 (UTC+04:00)

Bunu Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili (Ombudman) Tatyana Moskalkova Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdikdən sonra "Report"un sualını cavablandırarkən deyib.

T.Moskalkova Azərbaycan və Rusiyanın Ombudsman aparatlarının dünən çətin şəraitə düşən insanlara yardım göstərilməsinə dair saziş imzaladıqlarını xatırladıb: "Həmçinin, Elmira Süleymanova hüquq müdafiəçilərinin müraciətini mənə verib. Onu diqqətlə öyrənəcəm. Bu məsələdə yeni forma və yollar axtaracağıq. Gənc nəslin nümayəndələrinin qəlblərinin amansızlaşmaması lazımdır. Kompromis əldə etmək, hamının sülh və əmin-amanlıq şəraitində yaşamasını təmin etmək üçün ağılla davranmaq lazımdır".

AzNews.az