Rusiya Suriya üçün hazırlanmış sülh planını qəbul etdi

29 Dekabr 2016 17:17 (UTC+04:00)

AzNews.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, atəşkəs rejimi dekabr ayının 30-da gecə saat 00:00-dan etibarən qüvvədə olacaq.

Atəşkəs razılmasına 60 mindən çox silahlı qruplaşma qoşulub. Bu qruplaşmalar Suriyanın mərkəzində və şimalındakı böyük ərazilərə nəzarəti ələ keçiriblər.

Sülh planına “İŞİD”, “Cəbhat ən-Nusra” terror qruplaşmaları və onların koalisyaları qoşulmayıb.

“Sülh planının məqsədi siyasi danışıqlar üçün münasib zəmin yaratmaqdır.” – Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda belə deyilir.