5 otaqlı ev yanaraq kül oldu - Oğuzda - VİDEO - FOTO

29 Dekabr 2016 18:12 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Evin yanar konstruksiyaları içərisindəki əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına səbəb odun sobasından odun düşməsi olub.

Faktla bağlı araşdırma aparılır.