Yunanıstanın səfiri itkin düşdü

29 Dekabr 2016 20:15 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşüb. Sonuncu dəfə diplomatı bazar ertəsi günü, axşam görüblər.

Şəhər polisi yunan səfirin yerini bilənlərdən hüquq-mühafizə orqanlarıyla əlaqə saxlamağı xahiş edib.

Amiridis digər diplomatlar kimi, paytaxt Braziliada işləyir. Rio-de-Janeyroya isə milad və yeni il tətilini keçirməyə gedib. Bu haqda diplomatın xanımı məlumat verib.