Cennifer Lopez Los-Ancelesdəki lüks villasını satır - 12.5 milyon dollara - Video - Fotolar

29 Dekabr 2016 21:15 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Los-Anceles ətrafında yerləşən Hidden Hills villası yenidən satışa çıxarılıb.

Multiple Listing Service rielter agentliyinin saytında yerləşdirilən elana görə, evin özü 1500 kvadrat metr sahədə yerləşir.

Evdə 9 yataq otağı,12 hamam, geniş hovuz, spa, idman zalı, rəqs studiyası, bir səsyazma studiyası, kinoteatr, qumar oyunları üçün xüsusi otaq var.

Həmçinin evin ərazisində atçılıq, moto-yürüş, uşaq oyunları üçün nəzərdə tutulmuş meydançalar da var.