Bakıda bu tunelə radar quraşdırıldı, sürücülər təşvişə düşdü - Video

29 Dekabr 2016 22:06 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan bu xəbərdarlıqlara hətta həmin radara düşən avtomobillərin şəkili də əlavə olunub.

Məlumat sosial şəbəkədə o qədər sürətlə yayılıb ki, tanınmış şəxslər də xəbər paylaşaraq sürücüləri diqqətli olmağa çağırıb. Məlumatda bildirilir ki, guya Ziya Bünyadov prospektindəki tuneldə sürət həddini bildirən yol nişanı olmadığı üçün sürücülər burada 70-80 km/saat sürətlə hərəkət edib.

Dövlət Yol Polisi də bunun qarşısını almaq üçün tunelə radar quraşdırıb və artıq bu gündən etibarən radarlar yolun hər iki hərəkət hissəsində işlək vəziyyətdədir. Məlumata görə, artıq burada saatda 70-dən yuxarı hərəkət edən avtomobillər radara düşür.

Məsələyə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov münasibət bildirdi.

Sözügedən prospektdə maksimum sürət həddi saatda 90 km-dir. Yol boyu olan tunellərdə isə sürət 60-a enir və bunu göstərən bir neçə nişan da var.

Bölmə rəisi sürücülərə tövsiyyə etdi ki, belə yanlış məlumatlar yaymaqdansa yollardakı sürət həddinə əməl etsinlər. Ən azından təhlükəsizlik baxımından.