Quyuda çürümüş meyit tapıldı - Bakıda

30 Dekabr 2016 09:33 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Beləki, Bakıxanov qəsəbəsində yolun ortasında yerləşən quyudan çürümüş meyit tapılıb. Meyitin kimliyinin müəyyən edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Yalnız onun ayağında 42 santimetr ölçüdə kişi ayaqqabısı olduğu aşkarlanıb.

Sabunçu Rayon Prokurorluğunda ölümün səbəbləri araşdırılır. Həmin şəxsin qətlə yetirildiyi ehtimal edilir.

AzNews.az