“Diplomatlar bayramı təyyarədə keçirəcəklər” - Bilet yoxdur

30 Dekabr 2016 10:59 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbədən məlumat verilib:

“Yeni illə əlaqədar bütün biletlər satılıb. İnsanlara isə cəmi 72 saat vaxt verilib. Bilmək olmur ki, onlar necə çatdıracaqlar.”

Mənbənin sözlərinə görə, diplomatlar ən qısa zamanda Vaşinqtondan Nyu-Yorka uçmalı olacaqlar. Belə ki, Nyu-Yorkda bilet tapmaq şansı nisbətən daha yüksəkdir.

Mənbə onu da qeyd edib ki, diplomatların bayramı elə təyyarənin göyərtəsində keçirəcəkləri ehtimal olunur: “Bu çox gözlənilməz oldu. İnsanlar Yeni ili qeyd etməyə hazırlaşırdılar.”

Aydan AXUNDOVA