Milli Məclisin deputatları qış tətilinə çıxdı

30 Dekabr 2016 14:14 (UTC+04:00)

APA-nın məlumatına görə, spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib.

MM sədri payız sessiyası dövründə Milli Məclisin məhsuldar fəaliyyət göstərdiyini bildirib.

Onun sözlərinə görə, payız sessiyası dövründə 195 qanun və qərar qəbul edilib. Milli Məclisin üzvləri dünyanın 24 ölkəsinə 50-dən çox səfər edib: “Millət vəkilləri bir çox ölkələrdə parlament və prezident seçkilərini də izləyib”.

Spiker parlament adından Azərbaycan xalqını və prezident İlham Əliyevi qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib.

Sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

AzNews.az