Putin Rusiyadakı amerikalı diplomatlar barədə qərar verdi – Sərt bəyanat

30 Dekabr 2016 16:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, belə bir bəyanatla Rusiya prezidenti Vladimr Putin çıxış edib.

Putin vurğulayıb ki, Rusiyanın adekvat addım atması üçün bütün səbəblər var, amma rəsmi Moskva “məsuliyyətsiz, “mətbəx” diplomatiyası” səviyyəsinə enməyəcək.

Rusiya prezidenti bəyan edib ki, ABŞ dövlət başçısı Barak Obamanın öz səlahiyyətlərini “bu tərzdə” bitirməsindən çox təəssüflənir. Bundan sonra Rusiya ilə Amerika arasındakı münasibətlərin inkişafı yeni seçilmiş prezident Donald Tramp administrasiyası ilə tənzimlənəcək.