Polisləri də TQDK seçəcək

25 Yanvar 2013 12:34 (UTC+04:00)




Daxili işlər orqanlarına qəbul imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) keçirəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanları TQDK tərəfindən 8 fevral 2013-cü ildə Bakı Qızlar Universitetinin Bakı şəhəri, M.Sənani küçəsi, ev 14 ünvanında yerləşən binasında keçiriləcək.

Namizədlər imtahan günü saat 9.00-da "Namizədin buraxılış vəsiqəsi" və şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə göstərilən ünvanda olmalıdırlar.

Əlavə məlumat almaq üçün Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi ilə (012) 590-92-54 nömrəli telefon vasitəsilə əlaqə saxlamaq olar.