Alı Alıyev ön cəbhədə xidmət edən əsgərlərlə görüşdü - Fotolar

31 Dekabr 2016 11:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdə olub, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram sovqatı çatdırıb.

Şəxsi heyyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan Alı Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edib.

Bildirib ki, bu gün hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. İnanırıq ki, o gün uzaqda deyil. Biz Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edəcəyik.

Alı Alıyev əsgərlərə vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik və cansağlığı arzulayıb.

Çıxış edənlər belə görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını vurğulayıb.