Azərbaycanın valyuta ehtiyatları xarici borcunu üstələyib - 4 dəfə

31 Dekabr 2016 13:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında deyilir.

Qeyd olunur ki, fiskal konsolidasiya və məzənnədə baş verən dəyişikliklər strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət etməyə imkan verib. Strateji valyuta ehtiyatları hazırda ÜDM-in təxminən 100%-ni təşkil edir.

Bəyanatda bildirilir ki, Azərbaycan üçün əlverişsiz beynəlxalq konyunktur şəraitində 2015-ci ildə olduğu kimi, 2016-cı ildə də tədiyə balansı kəsirli olub. Ümumilikdə, 2016-cı ilin sonuna tədiyə balansında 5 milyard ABŞ dolları məbləğində ümumi kəsirin olacağı gözlənilir.