Biləsuvarda yanğın

31 Dekabr 2016 15:30 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.