“Camaat qarşıdurmaya imkan verməyəcək”

25 Yanvar 2013 12:56 (UTC+04:00)



"Lənkəran camaatı qarşıdurmaya imkan verməyəcək". Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı İsa Qəmbərin Lənkəran edəcəyi səfərdən danışarkən deyib. Başqan müavini bildirib ki, icra başçısı və onun komandası öz səlahiyyətlərini aşırlar. Onun sözlərinə görə, şəhər rəhbərliyi üçün hər hansı bir liderin və ya insanın Lənkərana gedib-getməməsi müzakirə mövzusu olmamalıdır:

"İcra strukturları görüş üçün yer verməyə bilərlər. Onların buna səlahiyyətləri çatır. Amma həmin şəxslərin "İsa Qəmbərin Lənkərana səfəri məqsədə uyğun sayılmır" demələri göstərir ki, Konstitusiyadan xəbərsizdirlər. Hesab edirəm ki, Lənkəran camaatı hər hansı qarşıdurmanın baş verməsinə imkan verməyəcək".

Qeyd edək ki, İsa Qəmbər və onun tərəfdarları yanvarın 27-si səhər saatlarında Lənkərana yola düşəcəklər.

İlkin
AzNews.az