Terrorda yaralanalar arasında azərbaycanlı qadının olması barədə məlumat daxil olub - XİN

1 Yanvar 2017 11:45 (UTC+04:00)

Bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.

***

İstanbulda törədilmiş terror aktında ölən və yaralananlar arasında Azərbaycan Respublikasının vətəndaşlarının olub-olmaması faktı Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən Türkiyənin müvafiq dövlət orqanları ilə araşdırılır.

Bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, hər hansı məlumat olduğu təqdirdə, bu barədə məlumat veriləcək.