Terrorçu gecə klubuna belə giribmiş - Fotolar

1 Yanvar 2017 16:04 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ilkin araşdırmalara görə, terrorçu tək olub. Amma hadisənin planlaşdırılması və kəşfiyyatın aparılması üçün ona kömək edildiyi araşdırılır. Təhlükəsizlik kameralarında hadisəni törətdikdən 1 neçə dəqiqə sonra terrorçunun paltarını dəyişdirərək hadisə yerindən uzaqlaşması onun əvvəlcədən həmin məkanda kəşfiyyat aparmasını ehtimal edir.

Hadisə yerində tapılan boş mərmi isə terorçunun həmin silahı digər hadisələrdə də istifadə edib etmədiyini göstərəcək.

Hadisəni törədən terror qruplaşması hələki məlum deyil, amma ilk şübhələr İŞİD terror qruplaşmasının üzərində dayanır.