Ərdoğandan terrorla bağlı - Açıqlama

1 Yanvar 2017 16:25 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyənin əminamanlığını, sabitliyini pozmağa çalışanlar xaos yaratmağa çalışırlar: “Müxtəlif terror qruplaşmaları ölkəmizi hədəf alıblar. İtirdiyimiz hər bir can ürəyimizi dağlamaqla bərabər mübarizə əzmimizi daha da qüvvətləndirir. Dövlət və millət olaraq terror qruplaşmalarının və onların arxasında dayanan güclərin sadəcə silahlı hücumalarına qarşı deyil, eyni zamanda onların iqtisadi, siyasi, sosial hücumlarına qarşı da mübarizə aparacağıq. İstanbulda vəhşicəsinə törədilən hadisə terrorun can almağı və insanları incitməyi öz qarşısına məqsəd qoyduqlarını sübut edir. Terror hadisəsində dünyasını dəyişən bütün vətəndaşlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm”.