Serj Sarkisyan Ermənistan-İran qardaşlığından danışdı

25 Yanvar 2013 13:01 (UTC+04:00)



"Ermənistan İranla əməkdaşlığı yüksək qiymətləndirir və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır". APA-nın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib.

O bildirib ki, Ermənistan bundan sonra da İranla əməkdaşlığı inkişaf etdirməyə davam edəcək: "Tehranla əlaqələrimizin məhdudlaşdırılması üçün ABŞ və Qərbin İrəvana təzyiq göstərməsinə baxmayaraq, biz əməkdaşlığımızı inkişaf etdirmək niyyətindəyik. Ölkələrimiz arasında enerji, ticarət və iqtisadi sahələr üzrə müqavilələr imzalanıb. Mən bu anlaşmaların həyata keçirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm".

AzNews.az