İki maşın toqquşdu - 6 nəfər yaralandı

1 Yanvar 2017 19:40 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində “VAZ2104” markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Qurbanzadə Arazbəyli Qurban oğlu və “QAZ 24” avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Əliyev İbrahim Habil oğlu, o cümlədən 1972-ci il təvəllüdlü Əliyeva Şölə Qismətəli qızı, 1983-cü il təvəllüdlü Əliyeva Ülviyyə İsfəndiyar qızı, 1971-ci il təvəllüdlü Əliyev Vasif Qismətəli oğlu, 1971-ci il təvəllüdlü Əkbərzadə Sənan Miri oğlu müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az