Azərbaycanlı aktrisadan 30 kq piy çıxardılar

25 Yanvar 2013 13:14 (UTC+04:00)



"Toppuş bacı" kimi tanınan əməkdar artist Tünzalə Ağayeva yenə xəstəxanalıq olub. Artıq çəkidən əziyyət çəkən aktrisa riskə gedərək 30 kq piydən xilas olub.

T.Əliyevanın vəziyyətində yaxın qohumu danışıb: "Həkimlər liposaksiya yolu ilə onun qollarından və budlarından 30 kq piy çıxarıblar. İndiki çəkisi 120 kiloqramdır. Hələ ona yataqdan qalxmağa icazə vermirlər. Böyük ehtimalla sabah ayağa dura bilər."