ABŞ-dan qovulan diplomatlar vətənə çatdılar

2 Yanvar 2017 11:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rusiya prezidentinin xüsusi göstərişi ilə diplomatları gətirmək üçün ABŞ-a göndərilən təyyarə bu gecə Moskaya enib. Təyyarənin göyərtəsində 96 Rusiya vətəndaşı olub.

Uçuşdan əvvəl ekipajın komandiri təyyarədə olan bütün diplomat uşaqlarının Rusiya prezidenti tərəfindən Kremldə keçiriləcək Yeni İl şənliyinə dəvət olunduğunu elan edib.

ABŞ Dövlət Departamenti Rusiyanı haker hücumları ilə ABŞ-dakı prezident seçkilərinə müdaxilədə günahlandıraraq bu ölkənin 35 diplomatını "persona-non-qrata" elan edib. Elə həmin gün diplomatlar ölkədən çıxarılıb.

Rusiya prezidenti adekvat addım atmayacağını bəyan edib.