Qəbələdə təhlükəsizlik tədbirləri gücləndirilib

25 Yanvar 2013 13:17 (UTC+04:00)


İsmayıllı üsyanı ilə əlaqədar ətraf rayonlarda da təhlükəsizlik tədbirləri gücləndirilib. Musavat.com-un bölgəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Qəbələnin küçələrində motosikletli polis əməkdaşları patrul həyata keçirirlər.

Yerli sakinlər əməkdaşımıza bildiriblər ki, bu, İsmayıllı olaylarından sonra Qəbələdə vahimə yaratmaq, əhaliyə qorxuya salmaq məqsədi daşıyır.

Qeyd edək ki, sosial şəbəkələrdə ötən gecə Göyçayda da maskalı və silahlı polislərin göründüyü barədə məlumatlar yayılıb.