İstanbulda terror aktı zamanı öldürülən Nuranə Həsənovanın cənazəsi Azərbaycana gətiriləcək

2 Yanvar 2017 15:07 (UTC+04:00)

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu mərhumun qohumları belə istəyiblər.

Məlumata görə, N.Həsənovanın qohumları Rusiyanın Türkiyədəki səfirliyinə müraciət edərək cənazənin məhz Azərbaycana göndərilməsini xahiş ediblər və səfirlik onların xahişini müsbət cavablandırıb.

Qeyd edək ki, əvvəlcə ölən qadının Azərbaycan vətəndaşı olduğu güman edilib, amma sənədlərə baxdıqdan sonra onun Rusiya vətəndaşlığını ortaya çıxıb.