Azərbaycanın ikinci peykinin buraxılış vaxtı bilindi

3 Yanvar 2017 09:07 (UTC+04:00)

Trend-ə "Azərkosmos" ASC-dən verilən məlumata görə, iş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub.

ASC-nin məlumatına görə, ikinci geostasionar peyk "Azerspace 1"-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.

Qeyd edək ki, "Azerspace 1" 2013-cü ilin fevral ayında orbitə buraxılıb.

AzNews.az