Bakı-İstanbul reysi təxirə salındı

3 Yanvar 2017 10:31 (UTC+04:00)

"Report"un Heydər Əliyev Beynəlxalq Hava Limanına istinadən verdiyi xəbərə görə, aeroportdan təxirə salınmaya səbəb kimi sərnişin azlığı göstərilib. Təyyarə bu gün səhər saat 06:10-da Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçmalı idi.

Xatırladaq ki, THY-nin bu gün səhər 03:50-də Bakıya çatmalı olan İstanbul (Sabiha) - Bakı uçuşu da təxirə salınıb.

Aeroportdan bildirilib ki, digər reyslərdə heç bir dəyişiklik yoxdur və qrafik üzrə həyata keçirilir.

AzNews.az