Sevdiyi qızı vermədilər deyə özünü asdı- Biləsuvarda dəhşətli cinayət

3 Yanvar 2017 11:24 (UTC+04:00)

Əsgərabad kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Elşən Nəciyev özünü dayısına məxsus evdə asıb:

“Onun dayısı şəhərdə yaşayırdı. Dayısı öz evini Elşənə verib ki, orda qalsın, həm də nəzarət eləsin. Səhhətində heç bir problem yox idi. Ailə təsərrüfatla məşğul olub. Mal-qara saxlayıblar, öz əllərinin zəhməti ilə dolanırlar. Elşən də işləyib ailəsinə kömək edirdi”.

Kənd sakinləri deyir ki, Elşən Nəciyevin kəndə istədiyi qız olub: “Ailə qurmaq istəyib, qıza elçi göndərib, verməyiblər. Deyirlər ki, o, buna görə intihar edib”.

Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bahar RÜSTƏMLİ

AzNews.az