İstanbul terrorunu törədən şəxsin arvadı danışdı

3 Yanvar 2017 13:34 (UTC+04:00)

AzNews.az İHA-ya istinadən xəbər verir ki, terrorçunun nəzarətə götürülən həyat yoldaşı hadisədən televizor vasitəsilə xəbər tutduğunu, yoldaşının İŞİD-lə əlaqədə olmadığını bildirib.

Dünən axşam televiziya kanallarında təcavüzkarın görüntüsü yayıldıqdan sonra onun kirayədə qaldığı evin bölgəsindən vətəndaşlar zəng edərək, onu gördüklərini polisə xəbər veriblər.