Facebook 16-cı əsrə aid heykələ senzura qoydu - çox açıq-saçıqdı - Foto

3 Yanvar 2017 21:26 (UTC+04:00)

AzNews.az The Guardian nəşrinə istinadən xəbər verir ki, tunc heykəl 1560-cı ildə heykəltaraş Cambolonya tərəfindən IV Piyin sifarişi əsasında hazırlanıb.

Artıq 4 əsrdir ki, bu gözəl incəsənət nümunəsi Bolonya şəhərinin mərkəzində fəvvarəni bəzəyir.

Heykəlin fotosu sənətşünas Eliza Barbari tərəfindən paylaşılsa da, sosial şəbəkə bu fotonu bloklayıb.Yalnız sosial şəbəkə istifadəçilərinin narazılığından sonra Facebook üzr istəyərək şəkli bərpa edib. Bundan sonra Eliza “Neptuna hə, senzuraya yox” imzası ilə fotonu təkrar paylaşıb.