"Neftçi"dən super transfer - "Real Betis”in keçmiş oyunçusu komandada

3 Yanvar 2017 23:06 (UTC+04:00)

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Neftçi” PFK transfer işlərini davam etdirir.

Çilili hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 il müddətinə müqavilə bağlanıb. Sonuncu komandası Qazaxıstanın "İrtış” klubu olmuş 29 yaşlı futbolçu indiyədək Çilinin "Reyncers”, "Huaçipato”, "Maqalyanes”, "Kobreloa”, "Deportes İkike” və İspaniyanın "Real Betis” B klublarında çıxış edib.