Çində Apokalipsis - şəhər bir anda qatı dumana büründü - Video

4 Yanvar 2017 00:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, videonun sürətləndirilmiş versiyasından görmək olur ki, Çinin paytaxt küçələri bir anda qatı dumandan gözəgörünməz olur.

Yanvarın 3-dən Çində çirkləndirilmiş havaya görə “qırmızı”, yəni həyəcanın ən yüksək səviyyəsi elan olunub. Sinxua agentliyinin yaydığı məlumata görə, bu səbəbdən təyyarə reysləri də təxirə salınıb, avtomagistrallarda tıxac yaranıb, şəxsi avtomobillərdən istifadə məhdudlaşdırılıb.