Dollar rekord həddə bahalaşıb

4 Yanvar 2017 11:40 (UTC+04:00)

Bu barədə “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, valyuta birjalarında 1 avro 1%-dən çox ucuzlaşaraq 1.0341 dollara bərabər olub. Sonuncu dəfə Avropanın vahid valyutası Amerika pulu qarşısında bu məzənnə ilə 2003-cü il yanvarın 3-də dəyişdirilib. Həmin gün 1 avronun qiyməti 1,034 dollar təşkil edib.

Ötən gün Yaponiyada 1 dollar 0,6% bahalaşaraq 118,6 yenə, Türkiyədə isə 1 dollar 1,7% bahalaşaraq 3,6 lirəyə bərabər olub.