Türkiyə Azərbaycanla daha bir üçtərəfli format yaratmaq istəyir - Yaxın zamanda

4 Yanvar 2017 11:57 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib ki, Türkiyə tərəfindən yaradılan üçtərəfli formatlar Qafqaz və Balkan regionlarında çox səmərəli işləyir.

Onun sözlərinə görə, cari ildə rəsmi Ankara regionda həlli yubanmış münaqişələrin nizamlanmasını aktivləşdirmək üçün iş aparacaq.

Nazir qeyd edib ki, Türkiyə, Azərbaycan və Türkmənistan arasında üçtərəfli iclas yaxın aylarda keçiriləcək.

Qeyd edək ki, hazırda regionda bir sıra üçtərəfli formatlar, o cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və Türkiyə-Azərbaycan-Türkmənistan əməkdaşlıq formatları fəaliyyət göstərir.