Bakıda ev yandı- bir nəfər öldü

4 Yanvar 2017 14:14 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 3-də saat 02 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsində yaşayan Şahseyran Ağayevin mənzilində yanğın baş verib. Yanğın söndürüldükdən sonra Şahseyran Ağayevin yanmış meyiti tapılıb.