Sumqayıtda ağır yol qəzası- ölən, yarananlar var

4 Yanvar 2017 14:17 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində Xırdalan şəhər sakini Elmar Ələkbərov idarə etdiyi "Nissan" markalı avtomobili yolun kənarında dayanan Şabran rayon sakini Eldar Səlimova məxsus "Mercedes" markalı avtomobilə vurub.

Zərbənin təsirindən "Mercedes" markalı avtomobilin yaxınlığında olan 30-35 yaşlı kişi hadisə yerində ölüb, E.Səlimovun 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.