ABŞ səfiri Xankəndi aeroportuyla bağlı açıqlama verdi

25 Yanvar 2013 14:15 (UTC+04:00)


Dağlıq Qarabağdakı aeroport məsələsi çox güman ki, gələn həftə Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşündə müzakirə olunacaq.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riсhard Morningstar bildirib. "Biz öz tərəfimizdən tərəfləri regionda gərginliyin artmasına səbəb ola biləcək və danışıqlara mane olacaq addımlardan çəkinməyə çağırmışıq. Həmsədrlərin qeyd etdiyi kimi, bu kimi addımlar xeyirli ola bilməz. Ümidvaram ki, Dağlıq Qarabağdakı aeroport məsələsi Parisdə müzakirə olunacaq və diplomatik məcrada öz həllini tapacaq".

Bir müddətdir ki, qondarma Dağlıq Qarabağ rejimi Xankəndi hava limanını istifadəyə verib. Azərbaycan XİN aeroportun açılması ilə Ermənistanın danışıqlar prosesinə ciddi zərbə vurduğunu, Mülki Aviasiyaya dair Çikaqo Konvensiyasına zidd olduğunu bəyan edib.