Türkiyənin MHP partiyasının sədr müavini istefa verdi

4 Yanvar 2017 15:45 (UTC+04:00)

AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, bir vaxtlar Dövlət Bahçelinin partiyanı əmanət etdiyi Atilla Kaya təmsil etdiyi partiyanın Türkiyədə konstitusiyasının dəyişdirilməsi ilə bağlı AKP-nin hazırladığı layihəni dəstəkləməsinə etiraz olaraq istefa verdiyini açıqlayıb.

Atilla Kaya Türkiyədə dövlət idaretmə sisteminin dəyişdirilərək parlament idarəetməsindən prezidentlik üsulidarəsinə keçilməsini nəzərdə tutan layihənin əleyhinə səs verəcəyini bəyan edib.