Şəmkirdə toy karvanında qəza- Yaralılar var + Yenilənib

4 Yanvar 2017 17:24 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilən 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev,1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadan başqa, 1989-cu il təvəllüdlü Şəhla Əhmədova, 2008-ci il təvəllüdlü İsmayıl Qarayev, 2009-cu il təvəllüdlü Fatimə Namazova, 2013-cü il təvəllüdlü Gülay Namazova və Anar adlı azyaşlı da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

***

16:47

Şəmkirdə ağır yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən “Opel” markalı avtomobil qarşı tərəfdən gələn “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlar 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev, 1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.