Oğul anasını döyərək öldürdü - Azərbaycanda

4 Yanvar 2017 17:05 (UTC+04:00)

Modern.az xəbər veriri ki, yanvarın 2-də Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.

AzNews.az