Çin klubundan ulduz futbolçuya fantastik təklif - 150 milyon avro

4 Yanvar 2017 21:07 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Çinin “Şanxay SİPQ” klubu qabonlu hücumçu üçün “Borussiya”ya təklif göndərib.

Obameyanq Çində oynamağa razı olsa, həftəyə 800 min avro qazanacaq ki, bu da ildə 41 milyon avrodan bir qədər çox edir. Çin klubu bu transfer üçün "Borussiya"ya 150 milyon avro təklif edib.

Qeyd edək ki, hələlik dünyanın ən yüksək ödənilşi futbolçusu dekabrda “Boka Xuniors”dan “Şanxay Şenxua”ya transfer olunan Karlos Tevesdir. Argentinalı hücumçu həftəyə 720 min avro qazanır.