Yol qəzalarında 20 nəfər ölüb - Bayram günlərində

5 Yanvar 2017 09:58 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, 2016-cı il dekabrın 31-dən yanvarın 5-dək respublikanın avtomobil yollarında 27 yol nəqliyyat hadisəsi baş verib.

Nəticədə 20 nəfər ölüb, 37 nəfər xəsarət alıb.

AzNews.az