Rusiya dünyaya ümid bağışlayacaq – İŞİD Avropanı iflasa uğradacaq

5 Yanvar 2017 11:56 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Vanqanın sözlərinə görə, Rusiya bütün dünyaya sabitlik əldə etmək ümidi bəxş edəcək və ABŞ-a mənəvi dirçəliş gətirəcək: “Bu zaman digər ölkələr "yırıtıcı" kimi bir-birlərini parçalamağa başlayacaqlar.”

Vanqanın proqnozlarına əsasən, beynəlxalq ictimaiyyət Rusiyanın üstünlüyünü qəbul edəcək və könüllü olaraq ona qarşı subordinasiyaya əməl etməyə başlayacaq.

Bundan əlavə, öngörücü bütün slavyanların Rusiyanın qanadları altında birləşəcəyini proqnozlaşdırıb.

Vanqanın 2016-cı il üçün irəli sürdüyü dünyanı “böyük islam müharibəsi” bürüyəcək proqnozu İŞİD-in fəallığı fonunda özünü doğrultdu. Onun sözlərinə görə, bu müharibə Yaxın Şərq sərhədlərini aşacaq və bu da 2044-cü ildə Avropanın iflasına səbəb olacaq.

Lakin Vanqanın heç də bütün proqnozları reallaşmayıb. Belə ki, öncəgörücü Üçüncü dünya müharibəsinin 2010-cu ilin payızından 2014-cü ilin payızına qədər davam edəcəyini deyirdi.

Aydan AXUNDOVA