Yeni il bayramı ilə təşkil olunan tamaşa başa çatdı - “Buzlar ölkəsində”

5 Yanvar 2017 14:39 (UTC+04:00)

Teatrın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tamaşalar hər gün 4 seans olmaqla 10 gün nümayiş olunub.

“Buzlar ölkəsində” adlı nağıl-tamaşanın müəllifi Anar Sadıqov, rejissoru isə Əlif Cahangirlidir. Şahzadə Qar qızın xilasından bəhs edən səhnə əsəri xeyrin şər üzərində qələbəsi ilə başa çatır. Tamaşada əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova, Məhsəti Tahirzadə və Firuzə Balayeva çıxış ediblər. Şahzadə Qar qızın xilasından bəhs edən səhnə əsəri xeyrin şər üzərində qələbəsi ilə başa çatır.

AzNews.az