Polis azərbaycanlı qadının HİV-ə yoluxdurduğu kişiləri axtarır

5 Yanvar 2017 15:41 (UTC+04:00)

AzNews.az Türkiyə KiV-lərinə istinadən xəbər verir ki, fahişəliyə qarşı keçirilən əməliyyatda tutulan 6 qadından ikisində HİV virusu aşkarlanıb. Qadınlardan biri Qazaxıstan əsilli G.K. və digəri isə Azərbaycanlı T.İ-dir. Qadınlar təxminən 200 kişi ilə cinsi əlaqəyə girdiklərini bildiriblər. Polis HİV virusu daşıyan qadınlarla əlaqəyə girən kişiləri axtarır və onların dərhal tibbi yoxlama üçün xəstəxanaya getmələrini bildiriblər.