Diplomatlar İsmayıllıya yollandılar

25 Yanvar 2013 15:08 (UTC+04:00)




Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri baş verən hadisəylə bağlı İsmayıllıya gediblər. Moderator.az-ın İsmayıllıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, artıq ATƏT-in Bakı Ofisinin və ABŞ səfirliyinin nümayəndələri rayondadırlar.

İcra Hakimiyyətindən isə bildirilib ki, saat 16:00-la təyin edilən ictimayyətlə görüşdə Nizami Ələkbərov və millət vəkili Novruz Aslanovla birgə onlarda müzakirələrdə iştirak edəcəklər.