Şapekoense komandası təyyarə qəzasından sonra ilk oyununa çıxır

5 Yanvar 2017 23:25 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrda təyyarə qəzasında komandasının əsas üzvlərini itirən Şapekoense bu ay ölkə çempionu Palmeyrasla qarşılaşacaq.

Dəhşətli qəzada 19 üzvünü itirən komanda heyətinə 20 yeni futbolçu cəlb edib.