Rusiya Demokratlar partiyasından oğurlanan məktubları “WikiLeaks”-ə ötürürmüş - 50 səhifəlik məruzə

6 Yanvar 2017 10:35 (UTC+04:00)

AzNews.az CNN telekanalına istinadən xəbər verir ki, ABŞ-ın kəşfiyyat orqanları Rusiya ilə “WikiLeaks” arasında vasitəçilərin olduğunu müəyyənləşdirib. Bu vasitəçilər ABŞ-ın Demokratlar partiyasından oğurlanan gizli məktubları “WikiLeaks”-ə ötürürmüş.

Ağ Evin rəsmi nümayəndəsi Coş Ernst bəyan edib ki, Barak Obamaya Rusiyanın ABŞ-dakı prezident seçkilərə müdaxiləsi ilə bağlı 50 səhifəlik məruzə təqdim edilib: “Həmin məruzənin bəzi məqamları növbəti həftənin əvvəlində ictimayyətə açıqlanacaq.”

Bir neçə gün bundan əvvəl “WikiLeaks” saytının yaradıcısı Culian Asanj Rusiyada daxil olmaqla heç bir ölkəylə əməkdaşlıq etmədiyini bəyan etmişdi.