Trampdan bütün dünya səfirlərinə çağırış – Vəzifələrinizi tərk edin

6 Yanvar 2017 10:54 (UTC+04:00)

AzNews.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, Trampın yeni sərəncamına əsasən, siyasi motivasiya olaraq təyin olunmuş bütün səfirlər inaqurasiyaya qədər vəzifələrini tərk etməlidirlər.

Qəzet yazır ki, sözügedən addım diplomatlara cari vəzifələrini tərk etmək üçün kiçik bir möhlət belə verməməklə tarixdə ilk ola bilər. Adətən, yeni adminstrasiya köhnə adminstrasiya ilə bir neçə səfirlərin vəzifələrinin qısa bir müddət üçün uzadılması (bir neçə həftə və ya ay) barədə razılığa gəlir.

Sənədlə tanış olan diplomatların məlumatına görə, diplomatlar “istisnasız” olaraq vəzifələrini tərk etməlidirlər. Belə olan halda, rəsmi Vaşinqton bir neçə ay ərzində Almaniya, Kanada, Böyük Britaniya kimi vacib ölkələrdə səfirsiz qala bilər.

“Siyasi” səfirlər demək olar ki, həmişə ABŞ prezidentinin səlahiyyət müddəti başa çatana kimi postlarını tərk edirlər. Trampın müvəqqəti hökumətində yüksək vəzifə tutan şəxsin sözlərinə görə, bu kimi tədbirlər Barak Obamanın “siyasi” səfirlərinin tam vaxtında uzaqlaşmasına əmin olmaq üçün görülüb.

Aydan AXUNDOVA