Bakıdan İstanbula uçan aviareyslərdə heç bir təxirə salınma yoxdur - Rəsmi açıqlama

6 Yanvar 2017 11:43 (UTC+04:00)

“Azərbaycan Hava Yolları” QSC-nin ictimayyətlə əlaqələr üzrə nümayəndəsi Paşa Kəsəmənski AzNews.az-a açıqlamasında bildirdi ki, bu təxirə salınmalar Bakıdan İstanbula həyata keçirilən avireyslərə şamil edilməyib.

Belə ki, bu gün səhər Bakıdan İstanbula uşan təyyarə 5.28-də “Atatürk” hava limanına uğurlu eniş edib.

Qeyd edək ki, bu gün bir neçə yerli sayt Bakıdan İstanbula uçan təyyarə reyslərinin ləğv edilməsi ilə bağlı xəbər yayıb.