Fotoqraf fotoaparatın pulunu verə bilmədiyinə görə özünü asdı

6 Yanvar 2017 12:54 (UTC+04:00)

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 27 yaşlı Natiq Müslümov yaşadığı evin həyətində özünü asıb. O, həmin anda ailə üzvləri tərəfindən xilas edilərək Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan AzNews.az-a verilən məlumata görə, Natiq Müslümovun səhhəti normallaşıb: “O, gecəni xəstəxanada qaldı. Müayinə olundu, həkimlər onun səhhətinin normal olduğunu bildirdilər. Ona tibbi yardım göstərildi və evə buraxıldı.”

Xəstəxanadan verilən məlumata görə, Natiq Müslümovun intihara cəht etmə səbəbi məlum deyil: “Bu hüquq-mühafizə orqanlarının işidir, yəqin araşdıracaqlar.”

İlkin məlumata görə, Natiq Müslümov şadlıq evlərindən birində fotoqraf kimi çalışır. O, bir müddət əvvəl kreditə bahalı fotoaparat alıb. Deyilənə görə, o, krediti ödəyə bilmədiyi üçün intihara cəh edib.

Bahar RÜSTƏMLİ

AzNews.az